İran Sudanda hərbi baza salır
14 dekabr 2012 05:48 (UTC +04:00)

İran Sudanda hərbi baza salır

Sudan prezidenti Ömər əl-Bəşir İrana ölkə ərazisində hərbi baza tikməyə icazə verdiyinə dair xəbərlər yayılıb.

Lent.az-ın «Novosti -Armenii»-yə istinadən məlumatına görə, həmin bazada İsrailin cənubunu və mərkəzi hissəsindəki, habelə Səudiyyə Ərəbistanın və ABŞ-ın körfəz dövlətlərindəki hərbi-dəniz bazalarındakı hədəfləri İran raketləri vura biləcək.

Məlumata əsasən, Sudanın şimalındakı bu dövlətin infrastrukturunun inkişafı üçün Səudiyyə Ərəbistanı milyonlarla dollar sərmayə qoyub. Bir müddət öncə krallıq bildirib ki, əgər Əl-Bəşir Ömər İran ordusunun formal olaraq, Sudan ərazisində mövcudluğuna icazə verərsə, o zaman həmin layihələrin maliyyələşdirilməsini dayandıracaq.

Bundan başqa Qırmızı dənizin Sudan sahillərində də İranın hərbi-dəniz bazası salmaq istəyinin olduğu haqda da məlumat yayılıb.

Sudanla İranın münasibətinin yaranmasına başlıca səbəb kimi bu ilin oktyabrında paytaxt Xartumda silah zavodunda baş vermiş olay göstərilir. Sudan hakimiyyəti İsraili həmin zavodu bombalamaqda ittiham edir.

İsrail təhlilçilərinin dediyinə görə,  həmin zavodda İran silahı istehsal olunur və saxlanılırmış.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 784

Oxşar yazılar

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23