İran parlamenti milli təhlükəsizlik və xarici siyasət üzrə komissiyasının sədrinin müavini İsmayıl Kövsəri deyib ki, iranlı hərbi mütəxəssislər Rusiyaya göndəriləcək.
Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, komissiya sədri onlar «S-300» zenit-raket kompleksinə alternativ daha müasir hava hücumundan müdafiə sistemi seçəcək.
«Parlamentin milli təhlükəsizlik və xarici siyasət üzrə komissiyasının sədri Əlaəddin Brücerdi və mən İranın Rusiyadakı səfiri ilə «S-300» kompleksinin əvəz edilməsi məsələsini müzakirə etdik» -deyə, İ.Kövsəri bildirib.
Onun sözlərinə görə, İran Müdafiə Nazirliyinin mütəxəssislərdən ibarət bir komandası artıq Rusiyaya gedib, başqa bir qrup isə yaxın günlərdə səfər edəcək.
Xatırladaq ki, dekabrda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehrana səfəri zamanı 5 diviziya «Antey-2500» zenit-raket kompleksinin İrana verilməsinin mümkünlyünü də müzakirə edib.
Lavorovun iranlı həmkarı Məhəmmədcavad Zərif bildirmişdi ki, Tehran Rusiyanın «əvvəlki müqaviləni yerinə yetirməsinə» israr etməkdədir.