İran rəsmilərindən Kerriyə hədələyici cavab
28 yanvar 2014 07:09 (UTC +04:00)

İran rəsmilərindən Kerriyə hədələyici cavab

İran parlamentinin sədri Əli Laricani İslam Respublikasının hərbi büdcəsinin artırılması haqda açıqlama verib.

 

Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, bu qərarı ABŞ-ın dövlət katibi Con Kerrinin bəyanatına cavab kimi qəbul edildiyi bildirilib.

 

Xatırladaq ki, amerikalı diplomat Cenevrə razılaşması əsasında İranın nüvə məsələsi həll edilməzsə, problemin hərbi yolla həll ediləcəyini demişdi.

 

Əli Laricaninin qənaətincə, belə bir hərbi yönlü bəyanata qarşı İran praktik tədbir görərək, hərbi büdcəni artırmalıdır.

İran İnqilab Keşikçiləri Qvardiyasının komandanı Məhəmmədəli Cəfəri jurnalistlərə açıqlamasında  Con Kerrinin İranla bağlı bəyanatına kəskin reaksiya verib.

«Cənab Kerri! Bunu bilin ki, ABŞ-la birbaşa savaş bizim və dünyadakı mömin, inqilabçı döyüşçülərin ən böyük arzusudur. Sizin təhdidləriniz inqilabçı islam üçün ən yaxşı fürsətdir. İslam rəhbərləri uzun illərdir ki, bizi böyük və taleyüklü bir müharibə üçün yetişdiriblər. Sizin ağıllı siyasətçilərinizin gülünc hərbi seçimə əl atmasına, onu həyata keçirməsinə icazə verəcəklərini güman etmirəm. Dünyada İran İslam Respublikasının müttəfiqi sayılan minlərlə inqilabçı müsəlman Amerikada masa üzərində olan həmin hərbi seçimin həyata keçirilməsini gözləyirlər».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 659
avatar

Oxşar yazılar