«The New York Times»-ın Tehrandakı xüsusi müxbiri Tomas Erdbrink «tvitter» bloqundakı səhifəsində yazıb ki, İran prezidenti Həsən Ruhani yəhudi xəstəxanasına 400 min dollar ianə verib.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bu xəbəri İranın «Mehr» xəbər agentliyi yayıb.
Erdbrink qeyd edib ki, Tehrandakı bu xəstəxana yalnız yəhudi icmasına deyil, başqa etnik qrupların təmsilçilərinə də xidmət edir.
Dövlətin rəsmi «İRNA» agentliyi isə bildirib ki, İran prezidentinin 170 min dollar məbləğində yardım etdiyi barədə xəbər yayıb. Mənbənin məlumatına əsasən, bu, Ruhaninin 70 il öncə yaranmış doktor Şapur xəstəxanasına etdiyi ikinci yardımdır.
2013-cü ildə o, 170 min dollar məbləğində ianə etmişdi İran hakimiyyəti ölkədə 25-35 min yəhudinin yaşadığını bildirir.
Qeyd edək ki, prezident Həsən Ruhani 2013-cü ilin sentyabrında yəhudiləri Roş a-Şan bayramı münasibəti ilə təbrik etmişdi. Həmin tarixdə «CNN»-ə müsahibəsində o, Holokostda baş verənləri yəhudi xalqına qarşı «cinayət» adlandırmışdı.
Ötən gün isə ölkənin İslam Respublikasının xarici işlə naziri Məhəmmədcavad Zərif faşist Almaniyası tərəfindən törədilən yəhudi soyqırımını «faciə» adlandırıb.