İran kababı da “haram” buyurdu
11 yanvar 2014 10:34 (UTC +04:00)

İran kababı da “haram” buyurdu

Manqalda hazırlanan kabablar insan sağlamlığına təhlükə törədə bilər. Lent.az-ın “İRNA” agentliyinə istinadən verdiyi məlumata görə, belə qənaətə İran alimləri gəliblər.

 

Laboratoriya analizi və kompüter modelləşdirilməsi nəticəsində alimlər müəyyənləşdiriblər ki, açıq odda və ya manqalda bişirilən ət avtomobilin işlənmiş qazı qədər ziyanlı maddələrə malikdir.

 

Digər tərəfdən, araşdırmalar göstərib ki, tüstüdə olan təhlükəli birləşmələr insanın DNK mutasiyası ehtimalını yüz dəfələrlə artıra bilər. Bu da xərçəng xəstəliklərinə səbəb olar. Həmçinin, manqalda yanan odun tüstüsünün və qovrulan ətin orqanizmə tütündən çox ziyan vurduğu müəyyənləşib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2418
avatar

Oxşar yazılar