İran hakimiyyətindən etiraf: neft gəliri azalıb
18 dekabr 2012 05:00 (UTC +04:00)

İran hakimiyyətindən etiraf: neft gəliri azalıb

İddialı və israrlı atom–nüvə proqramına görə,İrana tətbiq edilən sanksiyalar ucbatından ölkə iqtisadiyyatının başlıca sahəsi olan neft sənayesində vəziyyət ağırlaşmaqdadır. Bunu artıq Tehran rəsmiləri də etiraf edir.

Lent.az-ın İranın informasiya vasitələrinə istinadən məlumatına görə, İslam Respublikasının iqtisadiyyat naziri Şəmsəddin Hüseyni həftə sonunda jurnalistlərə açıqlamasında beynəlxalq sanksiyaların ölkə iqtisadiyyatına təsirindən danışıb.

O, deyib ki, hökumətin neft gəlirləri ilə bağlı proqnozu özünü doğrultmayıb: “Sanksiyalar üzündən ölkənin neft gəlirləri 50 faiz azalıb”.

Nazir əlavə edib ki, vergi gəlirləri proqnozu 85 faiz yerinə yetirilib: “Gömrük gəlirlərinin durumu da pis deyil. Əsas problem neft gəlirlərində 50 faiz azalmaqdadır”.

İran prezidenti Mahmud Əhmədinejad isə ölkənin üzləşdiyi iqtisadi problemlərdən çıxış yolu axtarmaqdadır. Bu məqsədlə o, İnqilab Keşikçiləri Qvardiyasının nümayəndələrinə müraciət edərək, onlardan maliyyə yardımı istəyib.

İrana tətbiq edilən sanksiyalardan sonra ölkədə iqtisadi vəziyyət gərginləşib. Buna görə də ölkə əhalisinin əksəriyyəti prezidenti ittiham edərək, onun yürütdüyü siyasətin ölkəni ağır vəziyyətlə üz-üzə qoyduğunu söyləyirlər.

 Belə bir vəziyyətdə Əhmədinejadın qvardiyadan  maliyyə yardımı istəməsi təsadüfi deyil. Bunun o, həm də İslam Respublikasında əsas gücün qvardiyaya məxsus olduğunu açıq şəkildə etiraf edib. Bu quruma  məxsus külli miqdarda daşınmaz əmlak, torpaq sahələri var. Bundan başqa qvardiya dəniz nəqliyyatında, rabitə və neft-qaz sənayesi sahəsində də  böyük paya malikdir. Hətta hakimiyyətin gerçəkləşdirmək istədiyi atom-nüvə proqramı da bu hərbi birləşmənin əlindədir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 715

Oxşar yazılar

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23
Çilidə güclü zəlzələ  baş verdi

Çilidə güclü zəlzələ baş verdi

18 iyul 2025 , 02:14
Şahin Şıxlinski axtarışa verildi

Şahin Şıxlinski axtarışa verildi

17 iyul 2025 , 21:09