Atom-nüvə proqramı ilə bağlı İrana qarşı beynəlxalq sanksiyaların zəifləməsi xəbəri bir sıra dövlətlərin Tehranla iqtisadi əlaqələrin bərpasına təkan verib.
Lent.az-ın «Röyter»-ə istinadən məlumatına görə, Tehran son zamanlar Rusiya və Avropa Birliyi dövlətlərindən, özəlliklə Almaniyadan 400 min ton taxıl alıb.
Taxıl bu ilin martından mayınadək İrana tədarük ediləcək.
2013-cü ilin dekabrında isə İran Meksikadan 250 min ton taxıl alıb. Ötən il ən çox Almaniyadan İslam Respublikasına taxıl ixrac edilib - bir milyon ton. Bu ilin yanvarında isə bu ölkədən İran 250 min ton taxıl ixracı ilə bağlı müqavilə imzalanıb.