İran Hərbi –Dəniz Qüvvələrinin komandanlığı ABŞ-ın dəniz sərhədlərinə doğru gəmi yollayıb.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, dəniz donanmasının şimal qüvvələri komandanı admiral Afşin Rzai Hədda deyib: «İran Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri ABŞ-ın dəniz sərhədlərinə yaxınlaşır».
Admiralın sözlərinə görə, İran gəmiləri Cənubi Afrika Respublikası sularından keçərək, Atlantik okeanına doğru yola çıxıb.
Mənbə xatırladıb ki, ötən il İran Hərbi Dəniz Donanmasının kontr-admiralı Həbibulla Səyyari ABŞ-ın körfəzdəki gəmilərinə qarşı Amerikanın dəniz sularına gəmin göndərməyi planlaşdırdıqlarını bildirmişdi.