İran ABŞ-ın danışıqlara başlamaq barədə təklifinə münasibət bildirib
02 iyun 2019 19:38 (UTC +04:00)

İran ABŞ-ın danışıqlara başlamaq barədə təklifinə münasibət bildirib

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi ABŞ dövlət katibi Mayk Pompeonun Vaşinqtonun ilkin şərt olmadan Tehranla danışıqlara hazır olduqları barədə bəyanatına münasibət bildirib.  
 
ONA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, A. Musəvi deyib ki, M. Pompeo ABŞ-ın İrana maksimum təzyiq göstərdiyini, öncəki yanaşmanı davam etdirdiyini təsdiqləyib.
 
A. Musəvi ABŞ-ın İrana münasibətdə bu "səhv yanaşma"nı dəyişdirməli olduğunu vurğulayıb: "Tehran üçün ABŞ-ın gizli məqsədi ilə bağlı söz oyunu və bəyanatı vacib deyil.  Tehran üçün vacib olan ABŞ-ın İrana münasibətdə davranış və yanaşmasını köklü dəyişdirməsi vacibdir".
 
Qeyd edək ki, M. Pompeo Vaşinqtonun ilkin şərt olmadan İranla danışıqlara hazır olduğunu bəyan edib. Dövlət katibi deyib ki, ABŞ Tehranın "zərərli siyasəti"nə qarşı mübarizə aparmağa davam edəcək, İran özünü normal dövlət kimi aparmalı olduğu qənaətinə gəldiyi zaman isə ABŞ danışıqlara hazır olacaq.
 
Xatırladaq ki, son aylar ABŞ və İran arasında münasibətlər kəskinləşib. Vaşinqton bu ölkənin əsas iqtisadi sahələrinə sanksiyalar tətbiq edib. ABŞ sanksiyaların tətbiqində əsas məqsədin İranın davranışını dəyişmək olduğunu bəyan edib. Vaşinqton İran İslam İnqilabını Mühafizə Korpusunu isə terror təşkilatları siyahısına daxil edib. Buna cavab olaraq Tehran ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığını terrorçu təşkilat kimi tanıyıb, ABŞ-ın özünü isə "terrora sponsorluq edən dövlət" adlandırıb. Bundan sonra ABŞ Fars körfəzinə "Avraam Linkoln" aviadaşıyıcısını və bobardımançı təyyarələrini göndərib.
 
Bütün bunların fonunda ABŞ Prezidenti Donald Tramp İranla müharibədən yayınmağın mümkün olacağına ümid etdiyini söyləyib. İran ali dini lideri Əli Xamenei isə İranın ABŞ-la müharibə aparmaq niyyətində olmadığını, ancaq Vaşinqtona müqavimət göstərəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 750
avatar

Oxşar yazılar