İran 5 “ştata” bölünür
25 iyun 2014 00:37 (UTC +04:00)

İran 5 “ştata” bölünür

İran daxili işlər nazirinin müavini Cavad Nasirian iyunun 23-də jurnalistlərə açıqlamasında ölkənin 31 əyalətini 5 məntəqəyə böldüklərini bildirib: Tehran, İsfahan, Şərqi Azərbaycan, Kirmanşah və Xorasani-Rəzəvi.

 

Lent.az-ın “Media forum”-a istinadən məlumatına görə, Cavad Nasiriyan deyib ki, həmsərhəd əyalətlər birlikdə müəyyən məntəqəyə salınanda onlar arasındakı ortaq cəhətlər nəzərə alınıb: “Bu bölüşdürmədə məqsəd əyalətlərin bir-birinin təcrübəsindən istifadə etməsini, onlar arasında informasiya mübadiləsi aparılmasını və regional inkişafı təmin etməkdir. Bundan sonra əyalətlər öz problemlərini həll etmək üçün artıq mərkəzə, yəni paytaxt Tehrana müraciət etmək yolunu deyil, qonşu əyalətlərlə məşvərət və məsləhət aparmaq yolunu tutacaqlar. Əyalətlər sıra ilə iki aydan bir iclas keçirərək mövcud problemlərini müzakirə edəcəklər”.

 

Məntəqə bölgüsünü təqdim edirik:

 

Tehran məntəqəsi - bura Tehran, Qəzvin, Mazandaran, Simnan, Gülüstan, Əlbürz və Qum əyalətləri daxildir;

 

İsfahan məntəqəsi - İsfahan, Fars, Buşehr, Çarmahal Bəxtiyari, Hormozqan və Kohkiluye və Boyerəhməd əyalətləri daxildir;

 

Şərqi Azərbaycan məntəqəsi - Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Gilan və Kürdüstan əyalətləri daxildir;

 

Kirmanşah məntəqəsi - Kirmanşah, İlam, Loristan, Həmədan, Mərkəzi və Xuzistan əyalətləri daxildir;

 

Xorasani Rəzəvi məntəqəsi - Xorasani Rəzəvi, Cənubi Xorasan, Şimali Xorasan, Kirman, Yəzd, eləcə də Sistan və Bəlucistan əyalətləri daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1957

Oxşar yazılar

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23