İran-Ermənistan sərhədində aşkarlanan bir tonluq heroinlə bağlı məsələni istintaq həll edəcək.
Lent.az-ın Ermənistan KİV-ə istinadən məlumatına görə, fevralın 1-də ölkə təhlükəsizlik şurasının katibi Artur Baqdarsaryan bu haqda mətbuat konfransında açıqlama verib.
O, qeyd edib ki, hazırda həmin narkotik maddənin Ermənistana gətirilməsi yolları araşdırılır.
Mənbə xatırladıb ki, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri İrandan ölkəyə keçirilən 9267 kiloqram narkotik maddə ələ keçirib. Heroin Meğridəki gömrük məntəqəsində yük maşınında aşkar edilib. Xəbərə əsasən, narkotik maddənin Gürcüstana göndərilməsi tutulubmuş.