Yanvarın 17-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) İran arasında ölkə paytaxtında keçirilən görüş nəticəsiz başa çatıb.
Lent.az-ın «Frans Press»ə istinadən məlumatına görə, bu haqda Vyanadakı diplomatik mənbə açıqlama verib.
Agentliyi danışıqlarda təmsil edən heyətin başçısı German Nakerts bildirib ki, müzakirələrin başlıca mövzusu İranın nüvə proqramına dair struktur yanaşma üzrə son nəticə əldə etməkdir. Təmsilçinin sözlərinə əsasən, müfəttişlərin Pərçindəki hərbi bazaya buraxılması vacibdir. Mütəxəssislərin nəzərincə, Tehran hakimiyyəti orada hərbi məqsədli nüvə təcrübələrini sınaqdan keçirir.
Tehranda danışıqlar iki gün sürüb.