İngiltərəyə sel gəlib
23 dekabr 2012 00:26 (UTC +04:00)

İngiltərəyə sel gəlib

0

Britaniyanın bir sıra bölgələrinə leysan yağış yağıb.

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, bu təbii olay nəticəsində dəmiryolu, avtomobil yolları dağılıb, futbol oyunları təxirə salınıb, sel altında qalan sakinlər köçürülüb.

Mənbənin məlumatına əsasən, leysan yağışlardan daha çox İngiltərənin cənub-qərbinə, Devon və Kornuoll qrafalığı ziyan dəyib. Oradakı su bəndi dağılıb. Ölkənin şimalındakı York şəhərini də su basıb.

Britaniya Ətraf Mühiti Mühafizə Agentliyi 4 böhranlı, 155 ciddi və 360-dan artıq adi su basması vəziyyəti ilə bağlı xəbərdarlıq edib.

Kornuoll qraflığından 200-ə yaxın evin ailə üzvləri köçürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 947

Oxşar yazılar