İngiltərənin cənubunda daşqın gözlənilir
02 fevral 2014 07:01 (UTC +04:00)

İngiltərənin cənubunda daşqın gözlənilir

Britaniya Ətraf Mühiti Mühafizə Agentliyi xəbərdarlıq edib ki, leysan yağışlar və fırtına İngiltərənin cənub-qərbində və Midlends əyalətinin mərkəzində yeni daşqınların yaranmasına səbəb olar bilər.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, agentlik artıq beşinci dəfədir belə «ciddi xəbərdarlıq» edir.

 

Mənbə bildirib ki, sel təhlükəsi ilə bağlı Britaniya üzrə yüzdən artıq bu sayaq xəbərdarlıq məlumatı yayılır.

 

Böhran komitəsi iclasının yekununda Britaniyanın ətraf mühit məsələləri üzrə naziri Ouen Patterson deyib: «Ehtimal olunan əlverişsiz şəraitə hazırlıq görülür və seldən əziyyət çəkənlər bütün mümkün yardım edilib».

 

Ötən ay Britaniyanın ayrı-ayrı bölgələrinə son yüz ildə rekord miqdarda yağış yağıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 469
avatar

Oxşar yazılar