Afrikalı mühacirlərin fotosu «World Press Photo» («Dünya Mətbuat Fotosu») müsabiqəsinin ən yaxşı fotoqrafiyası sayılıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, amerikalı fotoqraf Con Stenmeyer Cibuti çimərliyində özünün cib telefonu ilə əlini göyə qaldırıb, qonşu Somalidən siqnalı tutmağa cəhd edən kişinin fotosunu çəkib.
«Bu sadə insanlar öz yaxınlarına zəng etməyə səy edirlər» -deyə, fotoqraf müsahibəsində bildirib.
Minlərlə afrikalı yaxşı həyat üçün Avropa və ya Yaxın Şərqə getməyə cəhd göstərir, bu yolda yüzlərlə insan həlak olur.
Müsabiqəyə yüz minə yaxın foto təqdim edilibmiş.