İki ölkənin Aİ-yə üzvlüyü məsələsinə baxılacaq
27 iyun 2018 07:02 (UTC +04:00)

İki ölkənin Aİ-yə üzvlüyü məsələsinə baxılacaq

Avropa İttifaqı ölkələri 2019-cu ilin iyununda Albaniya və Makedoniyanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlara başlayacaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, müvafiq razılıq Aİ Şurasının ötən gün ümumi məsələlər üzrə keçirilən iclasında əldə olunub.  

 

Makedoniyaya korrupsiya ilə mübarizə və digər prioritet islahatlar üzrə, Albaniyaya isə - məhkəmə sisteminin islahatlaşdırılması, korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə sahələrinə irəliləyişin gərək olduğu qeyd edilib.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 302
avatar

Oxşar yazılar