Holokost faciəsini etiraf edən nazir məclisə çağırılıb
25 fevral 2014 07:02 (UTC +04:00)

Holokost faciəsini etiraf edən nazir məclisə çağırılıb

Yəhudilərin alman  faşistləri tərəfindən soyqırıma məruz qalmasını, Holokostu «dəhşətli faciə» adlandırdığı üçün parlament üzvləri İranın xarici işlər naziri Məhəmmədcavad Zərifi ölkə məclisinə sorğulara cavab verməyə çağırıblar.

 

 

Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, məclisin 54 üzvü hesab edir ki, nazir Almaniyada «altılıq»-la görüşdən sonra yerli TV-yə müsahibə verərkən, «həddini aşıb» və İran rəsmisinin heç bir şərt daxilində deməyəcəyi bir fikri söyləyib.

 

Mənbə xatırladıb ki, bu müsahibə efirə ayyarım öncə getsə də, deputatlar naziri «bağışlaya bilmir».

 

Həmin parlament üzvləri Zərifə xatırladıblar ki, İslam Respublikası Holokostu rəsmi olaraq, inkar edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 940
avatar

Oxşar yazılar