Hollandiya şirkəti həqiqi marixuana dad və qoxulu “electron marixuana” istehsal edib.
Lent.az-ın “axsam.az”-a istinadən məlumatına görə, yeni məhsulun tərkibində toksik maddə və nikotin olmayacaq və qanuni olaraq satılacaq.
“E-njoint” adlı şirkət bu fikrə “e-siqaret”dən ilhamlanaraq gəldiklərini bildirib. Avropa və Amerikadakı laboratoriyalarla işləyən şirkət “uçuş” hissini verən iy hazırlayıb. Tamamilə təbii olan bu qoxu həqiqi marixuana dadı və iyini verəcək.
Qeyd edək ki, elektron marixuana bu yaxınlarda satışa çıxacaq və yaş məhdudiyyəti qoyulmadan satılacaq.