Hökumətin daha üç keçmiş üzvü dindiriləcək
22 dekabr 2012 23:52 (UTC +04:00)

Hökumətin daha üç keçmiş üzvü dindiriləcək

Gürcüstan Daxili İşlər Nazirliyi sabiq baş nazir Nika Gilauri və sabiq maliyyə naziri Dmitri Qvindadzeni dindirmək üçün nazirliyə çağırıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan daxili işlər nazirliyi bəyanat yayıb.

 

Məlumatda bildirilib ki, hər iki sabiq nazir Korrupsiyaya qarşı Mübarizə Agentliyi tərəfindən  “Kart” bankının müflisləşməsi ilə  bağlı dindirilmək üçün çağırılıb.

 

Qeyd edək ki, dindirilmək üçün hər iki nazirə xəbərdarlıq şəxsən təqdim edilib.

 

Onu da xatırladaq ki, dekabrın 22-də  sabiq maliyyə naziri jurnalistlərə açıqlamasında dindirilmə üçün xəbəri bu gün səhər aldığını və bütün suallara cavab vermək üçün hazır olduğunu bildirib. “Mən istintaqla əməkdaşlıq etməyə hazıram,” sabiq maliyyə naziri Dmitri Qvindadze bildirib.

 

O, açıqlamasında ona veriləcək suallar barədə məlumatlı olmadığını da vurğulayıb. Sabiq nazir dindirilmək üçün vəkilsiz gəlib.

 

Qeyd edək ki, dünən Gürcüstanın sabiq iqtisadiyyat naziri Vera Kobaliya eyni məsələyə görə dindirilib. Sabiq baş nazir Nika Gilauri də qeyd edilən  məsələyə görə şahid qismində  dindiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 874

Oxşar yazılar

Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23
Çilidə güclü zəlzələ  baş verdi

Çilidə güclü zəlzələ baş verdi

18 iyul 2025 , 02:14
Şahin Şıxlinski axtarışa verildi

Şahin Şıxlinski axtarışa verildi

17 iyul 2025 , 21:09
Müəllim bu fotolarına görə işdən qovuldu

Müəllim bu fotolarına görə işdən qovuldu

17 iyul 2025 , 18:16
Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu:  bunu necə etdi?

Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu: bunu necə etdi?

17 iyul 2025 , 17:34
İsrail ordusunda  İNTİHARLAR:   2011-ci ildən bəri ən yüksək göstərici 

İsrail ordusunda İNTİHARLAR: 2011-ci ildən bəri ən yüksək göstərici 

17 iyul 2025 , 16:22