ABŞ-la Hindistan arasında son bir ayda diplomatik böhrana səbəb olan hindli diplomat Birləşmiş Ştatlardan çıxarılıb. Lent.az-ın xəbərinə görə, bu barədə xarici KİV-lər məlumat yayıb. Devyani adlı diplomat bir hindliyə saxta sənəd düzəltməkdə ittiham edilir. O bu cinayətinə görə dekabrın 12-də həbs edilmişdi. Artıq diplomat həbsdən buraxılaraq, ABŞ-dan deportasiya edilib.
Qeyd edək ki, xanım diplomat Hindistanın Nyu-Yorkdakı Konsulluğunda rəhbər vəzifədə çalışıb.