Heyqel İrana qarşı sanksiyaların vacibliyindən danışıb
31 yanvar 2013 21:29 (UTC +04:00)

Heyqel İrana qarşı sanksiyaların vacibliyindən danışıb

ABŞ müdafiə naziri vəzifəsinə namizəd Çak Heyqel Senatın silahlı qüvvələr komitəsindəki dinləmələrdə çıxış edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, İrana qarşı tətbiq edilən sanksiyalarla bağlı məsələyə münasibət bildirib.

 

O, deyib ki, İranın atom problemi BMT Təhlükəsizlik Şurasının iştirakı ilə beynəlxalq səviyyədə sanksiyaların yardımı ilə həll edilməlidir.

Qeyd edək ki, 66 yaşlı Vyetnam müharibəsi veteranının müdafiə naziri vəzifəsinə namizədliyi prezident Barak Oabama tərəfindən irəli sürülüb. Onun namizədliyi senatorlar arasında mübahisə yaradıb.

 

Respublikaçılar Heyqeli İsrailə sərt tənqidi, İrana mülayim münasibətdə suçlayıblar. Bir müddət öncə o, nüvə proqramına görə Tehrana qarşı sanksiyaların səmərəsiz olduğunu bildirmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 408
avatar

Oxşar yazılar