Həsən Nəsrullahın əmisi oğlu Suriyada öldürülüb
19 fevral 2014 05:11 (UTC +04:00)

Həsən Nəsrullahın əmisi oğlu Suriyada öldürülüb

Suriya müxalifəti bildirib ki, ölkənin Yabrud şəhərindəki döyüş zamanı Livan «Hizbullah»-ının 64 yaraqlısı öldürülüb.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bu haqda Misirdə çıxan «əl-Mərsi əl Yum» qəzeti xəbər yayıb.

 

 

Azad Suriya Ordusunun məlumatına əsasən, öldürülən «Hizbullah» döyüşçüləri arasında Livan «hizbullah»çılarının lideri Həsən Nəsrullanın əmisi oğlu Cihad Nəsrulla da var. Onun cəsədinin artıq qohumlarına verildiyi bildirilib.
 

Mənbə qeyd edib ki, Həsən Nəsrullanın qohumunun həlak olması ilə bağlı başqa qaynaqlar xəbər yaymayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 735
avatar

Oxşar yazılar