Hərbi münaqişədə olan dövlətlərə Rusiyadan çağırış
06 fevral 2014 10:20 (UTC +04:00)

Hərbi münaqişədə olan dövlətlərə Rusiyadan çağırış

Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) 2014-cü il Soçi Qış Olimpiya Oyunları zamanı “olimpiya həmrəyliyi”nə çağırıb. Lent.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, Rusiya ölkələr və qitələrdən asılı olmayaraq, bütün hərbi münaqişə iştirakçılarına müraciət edib.

 

Çağırışda deyilir: “İlk növbədə, Suriyadakı qanlı münaqişə iştirakçılarına üz tuturuq”.

 

XİN BMT-nin baş katibi Pan Gi Munun da bütün dövlətlərə “olimpiya həmrəyliyi”nə dair çağırış etdiyini xatırladıb.

 

Qeyd edək ki, Soçidə fevralın 7-dən 23-dək XXII Qış Olimpiya, martın 7-dən 16-dək XI Qış Paralimpiya Oyunları keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 974
avatar

Oxşar yazılar