Suriyanın “SyriaAir” dövlət aviaşirkəti Qahirədən Hələbə uçuşları dayandırıb.
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, bu, Hələb Beynəlxalq Aeroportu ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqədardır.
Keçən həftə Bəşər Əsəd rejiminə qarşı döyüşən müxalif Suriya Azadlıq Ordusunun döyüşçüləri bəyan ediblər ki, uçuşlar dayanmasa Hələb Beynəlxalq Aeroportunu atəşə tutacaqlar.
Dünən isə aeroportun terminalında güclü partlayış baş verib.