Həcc ziyarəti vizası sərtləşdiriləcək
29 yanvar 2014 07:46 (UTC +04:00)

Həcc ziyarəti vizası sərtləşdiriləcək

Səudiyyə Ərəbistanı Ziyarət üzrə Nazirliyi həcc ziyarəti zamanı viza rejiminin pozulmasına qarşı mübarizənin sərtləşdirilməsi haqda qərar qəbul edildiyini bildirib.

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, qurum bu tədbirlərin turist operatorlara şamil ediləcəyi vurğulanıb.

 

Nazirliyin yaydığı bəyanata əsasən, əgər turist operatorlarının viza vaxtı keçmiş müştərilərinin sayı 500 zəvvara çatarsa və ya  bütün xidmətlərdən istifadə edən belə insanların sayı bir faiz təşkil edərsə, o zaman həmin şirkətə ziyarət üçün viza verilməyəcək.

 

«Viza rejiminin pozulması halı azalanadək həmin turist şirkətlərinin fəaliyyəti dondurulacaq» - deyə, nazirlik bildirib.

 

Qurumun məlumatına əsasən, ötən il dekabrın 4-dək 1,7 milyon viza verilib. 953 min müsəlman İslamın müqəddəs sayılan yerlərə gedib, onların 516 mini geri qayıdıb.

 

Səudiyyə Ərəbistanının 48 turist şirkəti akkreditə olunub. 

# 840
avatar

Oxşar yazılar