Həbsdəki kürd deputatlar azad edilir
03 yanvar 2014 10:55 (UTC +04:00)

Həbsdəki kürd deputatlar azad edilir

Türkiyənin Konstitusiya Məhkəməsi hazırda həbsdə olan Sülh və Demokratiya Partiyasının (BDP) deputatları Gülsər İldırım və İbrahim Ayxanın şikayətlərini haqlı sayaraq təmin edib.

 

Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, məhkəmə deputatların hüquq pozuntusuna məruz qaldıqları və haqsız yerə uzun müddət həbsdə saxlanıldıqlarına qərar verib.

 

Qeyd edək ki, hazırda həbsdə saxlanılan Türkiyə parlamentinin 1-i müstəqil, 4-ü BDP-li olmaqla 5 üzvü barələrində məhkumluq qərarı çıxarılmadan uzun müddət həbsdə yatdıqları iddiası ilə məhkəməyə müraciət etmiş və azad edilmələrini istəmişdilər. Məhkəmə isə deputatların bu tələbinə əhəmiyyət verməmişdi.

 

Konstitusiya Məhkəməsi isə iki deputatın şikayətini təmin edib. Gözlənilir ki, Konstitusiya Məhkəməsinə müraciət edən digər deputatlarla bağlı da eyni qərar çıxarılacaq. Məhkəmə eyni zamanda deputatların hər birinə 3 min türk lirəsi kompensasiya ödənməsinə də qərar verib.

 

Deputatların ən qısa zamanda həbsdən azad edilməsi gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 995
avatar

Oxşar yazılar