Hakimin erməni katibəsi «Armenian Power»-ə işləyirmiş
08 yanvar 2013 22:50 (UTC +04:00)

Hakimin erməni katibəsi «Armenian Power»-ə işləyirmiş

ABŞ Federal Məhkəməsinin Los-Ancelosdakı keçmiş əməkdaşı və əri gizli informasiyaların sızdırılmasına görə suçlarını etiraf ediblər.

Lent.az-ın «Associated Press»-ə istinadən məlumatına görə, erməni ər-arvad bir sıra cinayətkar qrupları, o cümlədən «Armenian Power» adlı bandanı onları hakimiyyət tərəfindən gözlənilən təhlükədən ilə bağlı əvvəlcədən məlumatlandırırmış.

Federal prokurorun köməkçisi Brüs Riordan bildirib ki, Nune Gevorkyan və onun əri Ohanes Koşkaryan  könüllü şəkildə bu və başqa suçlarını etiraf edərək, ərizə yazıblar.

Mənbənin məlumatına əsasən, Gevorkyan hakiminin katibi işləyib. O,2011-ci ilin fevralında Cənubi Kaliforniya üzrə  «Armenian Power» bandasına qarşı keçirilən reydlə bağlı  cinayətkar qrupu məlumatlandırıb.

Koşkaryan isə aldığı informasiyanı cinayətkarlara ötürməklə arvadı ilə banda  arasında vasitəçilik edirmiş.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1332
avatar

Oxşar yazılar