Hakim Əhmədinejada «yalançı» deyib
27 dekabr 2013 04:11 (UTC +04:00)

Hakim Əhmədinejada «yalançı» deyib

İran İnzibati Məhkəməsinin sədri Məhəmmədcəfər Müntəziri dekabrın 26-da qurumun əyalətlərdəki nümayəndələri qarşısında çıxış edərək keçmiş prezident Mahmud Əhmədinejadı yalançı adlandırıb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Müntəziri deyib ki, Əhmədinejad «fəsad yaradan və korrupsionerlərə dəstək verib», onları vəzifəyə təyin etdiyi üçün hazırkı qanun pozuntularının əsas səbəbkarlarındandır: «Bizim keçmiş hökumətdəki müsibətlərimizdən biri bu idi ki, Əhmədinejad xalqa həmişə yalan danışır, qanunu isə açıq-aşkar ayaq altına salıb tapdayırdı. İnsanlar ölkənin icra hakimiyyətinin ən yüksək rütbəli şəxsinin bu qədər qanun pozuntularını görəndən sonra kimə inana bilərdi?

Bu gün ölkənin problemləri və çatışmazlıqları haqda yayılan hər bir xəbərdə keçmiş hökumətin üfunət qoxusu qalxıb hər yeri bürüyür. Əhmədinejad hökuməti Səid Mürtəzəvi kimi fasad törədən bir şəxsi gətirib, Sosial Təminat Təşkilatına başçı təyin edəndə bizim qurum buna etiraz edib. Yol verdiyi qanunsuzluqlara görə bu adama məhkəmələrdə iş açıldığını bildirmişdik. Ancaq Əhmədinejad bütün etirazlara məhəl qoymadan həmin onun həmin vəzifədə qalmasına israr edirdi».

Xatırladaq ki, bu ilin avqustunda Mahmud Əhmədinejad məhkəməyə çağırılıb. Ona qarşı  9 ittiham irəli sürülüb. Noyabrın 26-da isə o, Tehran məhkəməsində dinləmələr getməli idi. Ancaq o, bundan imtina edib. Nəticədə məhkəmə dinləməsi onun iştirakı olmadın keçirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 858
avatar

Oxşar yazılar