Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) istefa verərək, müstəqil deputat kimi fəaliyyətini davam etdirən veteran futbolçu Hakan Şükür işlədiyi Lig TV kanalından qovulub.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, kanal rəhbərliyi İstanbuldan deputat seçilmiş Şükürün işinə son verib.
Qeyd edək ki, H.Şükür deputatlıqla bərabər adı çəkilən kanalda futbol şərhçliyi ilə məşğul olurdu.