Hakan Şükür ABŞ-da
Türkiyənin tanınmış keçmiş futbolçusu, hakim Ədalət və İnkişaf Partiyasından istefa verən Hakan Şükür Türkiyə Hava Yollarına Aid təyyarə ilə Nyu-Yorka gedib.
Lent.az-ın «Habertürk»-ə istinadən məlumatına görə, «JEK» hava limanında jurnalistlərin «Fətullah Güləni ziyarət edəcəkmi» sualını Hakan Şükür belə cavablandırıb: «Fürsət olsa gedəcəyəm».
O, ABŞ-a səfərini qızı üçün bir dil məktəbi axtarmaq olduğunu söyləyib: «Dil bilmək, ingiliscə bilmək çox önəmlidir. Ona görə məktəbə baxmağa gəldim. Mən italiyanca bilirəm. Ancaq ingiliscə zəif olduğumu hiss edirəm. Uşaqlarımın bu dili öyrənməsini istəyirəm».
O, gələn həftənin ya birinci , ya da ikinci günü Türkiyəyə qayıdacağını bildirib.
***
16.24
Türkiyə parlametinin üzvü, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) istefa verən veteran futbolçu Hakan Şükür bu gün ABŞ-a səfər edib.
Lent.az-ın məlumatına görə, Türkiyə mediası iddia edir ki, futbolçunun bu ölkəyə səfərində məqsəd ABŞ-ın Penisilvaniya ştatında yaşayan Fətullah Gülənlə görüşməkdir.
Futbolçu isə özünün “Tvitter” hesabında yazıb ki, ABŞ-a qızının xarici dil bilgilsini təkmilləşdirmək üçün gedir, ancaq imkan tapsa, orada “sevdiyi insanları da ziyarət edəcək”.
Qeyd edək ki, H.Şükür Fətullah Gülən icmasının üzvlərindən biri kimi təqdim olunur. Onun AKP-dən istefa verməsinə də AKP-Fətullah Gülən davasının səbəb olduğu bildirilir.