Gürcüstanın baş naziri sələfinin «axırına çıxmaq istəyir»
17 yanvar 2014 03:54 (UTC +04:00)

Gürcüstanın baş naziri sələfinin «axırına çıxmaq istəyir»

Gürcüstanın baş naziri İrakli Qaribaşvili keçmiş hökumət başçısı Vano Merabişvilinin «uzun və rahat şəkildə həbsdə oturacağını» bildirib.

 

Lent.az-ın Gürcüstan KİV-ə istinadən məlumatına görə, baş nazir deyib: «Bu adam dövlət büdcəsindəki maliyyə vəsaitini partiyasının maliyyələşdirilməsinə xərcləyib və buna görə cavab verəcək. Merabişvili bütün vasitələrdən istifadə edərək, diqqəti özünə çəkmək üçün əsassız bəyanatlar verir. Fikirimcə, o, bununla keçmiş prezident Mixail Saakaşviliyə təzyiq edib, varlığını onun yadına salmaq istəyir».

 

Baş nazirin sözlərinə əsasən, keçmiş hökumətin vəzifəli məmurları ilə bağlı bütün cinayət işləri axıradək aparılacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 898
avatar

Oxşar yazılar