Gürcüstanın baş keşişinin 81 yaşı tamam olub
05 yanvar 2014 00:34 (UTC +04:00)

Gürcüstanın baş keşişinin 81 yaşı tamam olub

Yanvarın 4-də Gürcüstanın katalikos-patriarxı II İlyanın 81 yaşı tamam olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, yubiley münasibətilə II İlyanı Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, müdafiə naziri İrakli Alasania, bir neçə nazir və partiya sədrləri təbrik edib və dini liderə uzun ömür, cansağlığı arzulayıblar.

 

Qeyd edək ki, II İlya (Giorgi Quduşauri-Şiolaşvili) 1933-cü ilin yanvarın 4-də Vladiqafqazda anadan olub. 1977-ci ildən Gürcüstanın katalikos-patriarxı seçilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 602
avatar

Oxşar yazılar