Gürcüstanda ordu təbii fəlakətlərlə mübarizə aparacaq
08 iyul 2018 03:17 (UTC +04:00)

Gürcüstanda ordu təbii fəlakətlərlə mübarizə aparacaq

 

 

Gürcüstanın Mestiya rayonunda təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına hərbi qüvvələr cəlb olunacaq.

 

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili sərəncam imzalayıb.

 

Dövlət başçısının sərəncamının təsdiq olunması üçün iyulun 8-də parlamentin növbədənkənar iclası keçiriləcək.

 

Qeyd edək ki, Mestiya rayonunda son günlər davam edən intensiv yağışlar və qaya uçqunu səbəbindən Nenskra çayı məcradan çıxıb. Daşqınlar Çuberi kəndində ciddi fəsadlar yaradıb. Kəndə aparan körpülər dağılıb, yollar sıradan çıxıb. Güclü sel bir neçə evi uçurub, 20-dən çox evə isə ziyan vurub. Çuberi kəndinin elektrik enerjisi ilə təminatında da məhdudiyyətlər yaranıb. Daşqın nəticəsində Çumberi kəndinə aparan və daha səkkiz kəndi rayon mərkəzi ilə əlaqələndirən avtomobil yolu da dağılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 412
avatar

Oxşar yazılar