Gürcüstanda daha 6 vəzifəli həbs edilib
20 dekabr 2012 05:19 (UTC +04:00)

Gürcüstanda daha 6 vəzifəli həbs edilib

0

Gürcüstanda keçmiş vəzifəlilərin həbsi davam edir.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, dekabrın 19-da daha 6 nəfər – keçmiş maliyyə və energtika naziri Aleksandr Xetaquri, keçmiş təhsid və ədliyyə naziri, «Rustavi-2» telekanalının indiki baş direktoru Nika Qvaramiya, iqtisaidiyyat nazirinin keçmiş müavini Kaxa Dameniya, «Telasi» enerji şirkətinin başçısı Devi Kandelkai tutulub.

Mənbənin məlumatına əsasən, əvvəlcə onları istintaqa dəvət edilər, bu proses 5 saatdan artıq çəkib.

Onlar saxta şirkətin adına bir milyon dollar köçürməkdə ittiham olunurlar.

Prezident Mixali Saakaşvili «Rustavi-2» telekanalının baş direktorunun buraxılmasını və «qanunsuz fəaliyyətin qarşısının alınmasını» tələb edib.

 

«Mən telekanalın baş direktorunun sərbəst buraxılmasını, eləcə də belə qanunsuz fəaliyyətin dayandırılmasını tələb edirəm. Yalnız ümid etmirəm, həm inanıram ki, bütün bunlar tezliklə və ən yaxşı sonluqla başa çatacaq» - deyə, M.Saakaşvili telekanalda çıxışı zamanı bildirib.

 

Gürcüstan prezidentinin sözlərinə görə, «ən müstəqil kanalın baş direktoru», «şübhəli ittihamla» həbs olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1775

Oxşar yazılar