Gürcüstanda 900 məhbus aclıq elan edib
19 dekabr 2013 04:40 (UTC +04:00)

Gürcüstanda 900 məhbus aclıq elan edib

Gürcüstan cəzaların icrası naziri Sozar Subar 900-dən çox dustağın aclıq elan etdiyini bildirib.

 

Lent.az-ın «Novosti-Qruziya»-ya istinadən məlumatına görə, aksiya iştirakçıları ölkənin qərbində Getquti kəndindəki 14 saylı islah müəssisəsində cəza çəkir.

 

Nazirin sözlərinə əsasən, məhbuslar hökmlə bağlı çatışmazlığın aradan qaldırılması üzrə komissiyanın fəaliyyətini dayandırmasına etiraz edərək, işlərinə yenidən baxılmasını istəyib. Onlar cinayət məcəlləsinin 223-cü maddəsinin birinci bəndinin ləğv olunmasını tələb edir. Həmin maddə «oğru dünyasına» ilə bağlı  mənsub olmaqla bağlıdır.

«Aclıqla əlaqədar komissiyanın fəaliyyətinə hakimiyyət cavab verib. Biz bu məsələ üzərində işləyirik. 223-cü maddəyə görə onların aclıq etməsi əbəsdir. Bu siyasət dəyişməzdir. Mən birbaşa deyirəm ki, bu məsələ ilə bağlı hökumətin siyasəti sərt və dəqiqdir»-deyə, nazir bildirib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 522
avatar

Oxşar yazılar