Tiflisdə ölkənin dağlıq rayonlarının problemlərinə həsr olunmuş özəl konfrans keçirilib.
Lent.az-ın «Qruziya online»-yə istinadən məlumatına görə, «Gürcüstan dağlarında SOS» adlanan bu tədbir Demoqrafik Dirçəliş Fondu, Regional inkişaf və infrastruktur, parlamentin regional siyasət və özünü idarəetmə komitəsi tərəfindən dəstəklənir.
Konfransda ölkənin iqtisadi vəziyyəti və dağlıq bölgələrdə demoqrafik problemlər müzakirə olunub.
Təşkilatçıların sözlərinə əsasən, 2002-ci ildən 164 kənd boşalıb, 152 kənddə isə 10 və ya ondan az ailə yaşayır. Bu yaşayış məntəqələrinin çoxu Gürcüstanın dağlıq hissəsində yerləşir.
Sərhədyanı bölgələrdə də vəziyyətin ağır olduğu vurğulanıb. Həmin əraziləri sakinləri bütünlükdə tərk edib.
Konfrans iştirakçıları müzakirə olunan məsələlərlə bağlı qanun layihəsi hazırlayıb parlament təqdim etmək niyyətindədirlər.