Gürcüstan vətəndaşlıq qanununa dəyişiklik edəcək
30 yanvar 2014 07:13 (UTC +04:00)

Gürcüstan vətəndaşlıq qanununa dəyişiklik edəcək

«Gürcüstan vətəndaşlığı haqqında» qanun layihəsinə önəmli dəyişikliklərin ediləcəyi nəzərdə tutulub.

 

Lent.az-ın «Novosti-Qruziya»-ya istinadən məlumatına görə, layihədə vətəndaşlığın alınması, dayandırılması və bərpası məsələlərinə dəyişiklik ediləcək.

 

Dəyişikliyə əsasən, vətəndaşlığı bərpasında yalnız gürcü dilindən imtahan verəcək,  Gürcüstan tarixinə dair sınaqdan həmin şəxs azad ediləcək.

 

Yeni layihədə başqa dövlətdə konsulluq qeydiyyatı olmadan iki ildən artıq yaşayanın vətəndaşlığını itirməsi maddəsi də çıxarılıb.

 

Başqa dövlətin vətəndaşı olanın Gürcüstan vətəndaşlığından məhrum edilməsi də  bu sənəddə nəzərdə tutulmayıb.

 

Yeni qanun layihəsinə əsasən, ikili vətəndaşlığı olanlar ölkənin güc və təhlükəsizlik orqanlarında çalışa bilər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1025
avatar

Oxşar yazılar