Gürcüstan təmsilçiləri Moskvaya  gedir
29 yanvar 2013 02:25 (UTC +04:00)

Gürcüstan təmsilçiləri Moskvaya  gedir

 “Fevralın 3-də Gürcüstanın nümayəndə heyəti danışıqlar üçün Rusiyaya yola düşməyə hazırlaşır. Artıq Gürcüstan nümayəndə heyətinin viza sənədləri də hazırdır”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Milli Şərab Agentliyinin sədri Levan Davitaşvili məlumat verib. Onun sözlərinə görə, viza almaq barədə problem olmayıb, sadəcə texniki məsələlər həll edilib.

 

Davitaşvilinin məlumatına görə, İsveçin Gürcüstandakı səfirliyinin nəzdindəki Rusiya Federasiyası sektorunda vizalar artıq hazırdır: “7 nəfərdən ibarət nümayəndə heyəti fevralın 3-də Rusiyaya yola düşəcək və biz ertəsi gün Rusiyanın baş sanitar həkimi, “Rospotrebnadzor”un rəhbəri Gennadi Onişenko ilə görüşəcəyik”.

 

Levan Davitaşvili qeyd edib ki, bu ilk görüşdür və bu tədbirdə texniki məsələlər müzakirə olunacaq: “Bu məsələdən başqa konkret olaraq heç nə müzakirə edilməyəcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 636
avatar

Oxşar yazılar