Gürcüstan prezidenti bu gün Qəbələdə  olub
13 fevral 2014 13:39 (UTC +04:00)

Gürcüstan prezidenti bu gün Qəbələdə  olub

Gürcüstan prezidenti Georgi Marqvelaşvili bu gün Qəbələ konserv zavodunda olub.


 

APA-nın məlumatına görə, zavodda istehsal prosesi ilə tanış olan G.Marqvelaşviliyə məlumat verilib ki, 12 hektar ərazidə yerləşən müəssisənin istehsal gücünə və texnoloji parametrlərinə görə Qafqazda analoqu yoxdur.

 

Ali qonağın diqqətinə çatdırılıb ki, zavod ildə 700 min ton meyvə emal etmək, 210 min ton meyvə şirəsi hazırlamaq gücünə malikdir.

 

Qeyd olunub ki, müəssisənin iş prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər bütün prosesləri əhatə edir. Ümumilikdə 350 nəfərin çalışdığı müəssisədə 30 çeşiddə meyvə şirəsi, konsentrat, nektar, 12 çeşiddə turşu, tomat, mürəbbə, cem, soyuq çaylar, 15 çeşiddə yarımfabrikat məhsullar hazırlanır. Məhsullar daxili bazara çıxarılmaqla yanaşı, 30-dan çox ölkəyə ixrac edilir. 2007-ci ilin martında dövlət başçısı İlham Əliyevin iştirakı ilə açılan bu zavodda təxminən 100-ə qədər müxtəlif növdə qablaşdırılmış məhsul istehsal olunur.
 

Georgi Marqvelaşvili istehsal prosesini yaxından izləyib, meyvə qəbulu bölməsinə baxıb və hazır məhsulu şüşə qablara dolduran avtomatlaşdırılmış “Tetra Pak” xəttində işin gedişi ilə tanış olub.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 712
avatar

Oxşar yazılar