APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, Patriarxlıq qarşısında gedən iki paralel aksiya iştirakçıları arasında qarşıdurma olub.
Məlumata görə, “Bütün Gürcüstanın Xalq Məclisi” qeyri-hökumət təşkilatının üzvləri patriarxlığın süni mayalanma barədə mövqeyini müdafiə fikirləri ilə çıxış edərkən digər QHT nümayəndələri bu təşkilatın fikirlərini müsbət qarşılamayıb.
Nəticədə tərəflər bir-birinə söz atıblar və sonda toqquşma baş verib. Vəziyyətə polis qarışıb. Hadisə yerində azadlığa buraxılan və siyasi status adı almış məhbuslar da olub.
Qeyd edək ki, bütün Gürcüstanın katalikos-patriarxı II ilya çıxışında süni mayalanma ilə doğulan uşaqları “problemli uşaqlar” adlandırıb.
Gürcüstan Ombudsmanı Uça Nanuaşvili Patriarxlığı süni mayalanma ilə doğulan uşaqlar mövzusunda çıxışlarda ehtiyatlı olmağa çağırıb: “Bu, böyük riskdir. Fikirləşirəm ki, bu mövzuda çıxış zamanı uşaqların haqları da nəzərə alınmalıydı.”
Gürcüstanın Səhiyyə Naziri David Serqeyenko mövzu ilə bağlı fikirlərini açıqlayarkən qeyd edib ki, patriarxa süni mayalanma barədə mövqe təqdim edən ekspertlər bu incə mövzuda daha dərin analiz aparmalı idilər.