Gülnarə Kərmovanın erməni köməkçisinin adı korrupsiyada hallanır
17 yanvar 2014 22:49 (UTC +04:00)

Gülnarə Kərmovanın erməni köməkçisinin adı korrupsiyada hallanır

Özbəkistan prezidenti islam Kərimovun qızı Gülnarənin erməni köməkçisi Qayana Avakyanın adı korrupsiya qalmaqalında hallanır.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Özbəkistan jurnalistləri aşkarlayıb ki, ölkənin mobil rabitə bazarına çıxmaq üçün Finlandiya-İsveç «TeliaSonera» telekommunikasiya şirkəti onlara 300 milyon dollar rüşvət verib.

 

Maliyyə vəsaiti Qayana Avakyanın adına Cəbəlütariqdəki  kiçik şirkətin hesabına köçürülüb.

 

Bu şirkətin isə adıçəkilən telekommunikasiya müəssisəsi ilə heç bir əlaqəsi yoxdur.

 

Gülnarə Kərimovaya yaxın mənbələr bildirib ki, erməni qadın Daşkənddə prezident qızının dükanlarından birində satıcı işləyib. Q.Avakyan Gülnarəyə Moskvada geyimlərinin nümayişində də yardım edib.

 

20 yaşlı erməni Kərimovanın inandığı adamlardan biri olub. 2013-cü ildə isə «TeliaSonera» şirkəti ilə bağlı qalmaqalda diqqət mərkəzinə düşüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1497
avatar

Oxşar yazılar