Gülnarə Kərimovanın evinə basqın edilib
06 yanvar 2014 18:07 (UTC +04:00)

Gülnarə Kərimovanın evinə basqın edilib

Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovun İsveçrədəki evinə basqın olub. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, hadisə dekabr ayında baş verib. Bildirilir ki, dekabrın 23-ü axşamı Gülnarənin 2009-cu ildə 20 milyon dollara satın aldığı Cenevrədəki evinə icazəsiz girən bir qrup şəxs görüntüləri İsveçrədəki "Le Matin" qəzeti ilə paylaşıb.

Gülnarə Kərimovanın artıq yaşamadığı həddindən artıq lüks evində, Özbəkistanın milli muzeylərindən icazəsiz aldığı çox sayda qiymətli əşyaların və ləl-cəvahiratın olduğunu bildirən qrupun lideri Sefer Bekcan "Gülnarənin evini gəzmək - çox lüks bir muzeyi pulsuz gəzməyə bənzəyir" deyə qeyd edib. 

Qrupun evə necə girdiyi hələ dəqiq bilinməsə də, prezidentin qızının yaxınlarından kiminsə həmin qrup tərəfinə keçdiyi və açarı oğurladığı düşünülür. 

Qeyd edək ki, villanın yerləşdiyi ərazi haqqında dəqiq məlumat verilmir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2000
avatar

Oxşar yazılar