Türkiyədə 10 nazir dəyişdi- YENİLƏNİB - 2
26 dekabr 2013 09:29 (UTC +04:00)

Türkiyədə 10 nazir dəyişdi- YENİLƏNİB - 2

Türkiyə Nazirlər Kabinetinin yeni tərkibi açıqlanıb.

 

APA-nın xəbərinə görə, yeni kabineti Türkiyənin baş nazir Rəcəb Tayyip Ərdoğan açıqlayıb.

 

 

Ərdoğan deyib ki, yeni hökumətin tərkibində 10 vəzifədə dəyişiklik olub.

 

Baş nazirin müavini -Əmrullah İşlər

 

Ədliyyə naziri  Bəkir Bozdağ

 

Ailə və sosial siyasət naziri-Ayşənur İslam

 

Avropa Birliyi naziri - Mövlud Çavuşoğlu

 

İqtisadiyyat naziri -Nihat Zeybəkçi

 

Ətraf və şəhərsalma naziri- İdris Güllece

 

Daxili işlər naziri- Əfqan Ala

 

Nəqliyyat naziri- Lütvi Elvan

 

Elm, sənaye və texnologiya naziri- Fikri İşıq

 

Gənclər və idman naziri- Akif Çağatay Kılıç

 

Yeni kabinetdə bu gün istefa verən daxili işlər, ətraf və şəhərsalma naziri və maliyyə naziri ilə yanaşı adı korrupsiya qalmaqalında hallandırılmış Egemen Bağış da yeni kabinetdə təmsil olunmayıb.

 

Qeyd edək ki, baş nazirin Kabinetinin tərkibini təsdiqlətmək üçün açıqlamadan öncə prezident Abdulla Güllə  1,5 saatlıq görüşü olub.

 

***

00.19

Bir müddət öncə Türkiyə informasiya vasitələri prezident Abdulla Güllə baş nazir Rəcəb Tayyib Ərdoğan arasında görüşün təxirə salındığına dair xəbər verilmişdi. Ancaq sonradan bu görüşün keçirildiyi ilə bağlı xəbər yayıldı.

 

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, baş nazir hökumət üzvlüyünə yeni namizədlərin siyahısının prezidentə təqdim edib.

 

Hazırda prezidentlə baş nazir arasında görüş keçirilir. 

***

22.47

Bu gün Türkiyənin prezidenti Abdulla Güllə baş nazir Rəcəb Tayyib Ərdoğan arasında görüşün keçiriləcəyi gözlənilirdi. Bu görüş təxirə salınıb. Prezident Abdulla Gül axşam saatlarında iqamətgahını tərk edib.

 

Lent.az-ın «habertürk»-ə istinadən məlumatına görə, hökumət başçısı əyalət başçılarının genişləndirilmiş toplantısını keçirib.

 

Bunun ardınca baş nazir  Ərdoğan müavini Bəkir Bozdağ, Avropa Birliyi naziri, baş müzakirəçi Egemen Bağış, mədəniyyət və turizm naziri Ömər Çelik, müdafiə naziri İsmət Yılmaz, gömrük və ticarət naziri Həyati  Yazıçı ilə görüşüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6492
avatar

Oxşar yazılar