Girova görə bir milyon avro
22 dekabr 2012 01:14 (UTC +04:00)

Girova görə bir milyon avro

0

 

 Polis Berlin bankında bir nəfəri girov götürmüş cinayətkarla danışıqlara başlayıb. Cinayətkar bir milyon avro məbləğində pul və maneəsiz çıxış tələb edir, əks halda binanı partladacağı ilə hədələyir.

 

Lent.az-ın «RİA-Novosti»yə istinadən məlumatına görə, kimliyi  hələ müəyyən edilməyən bu şəxs “Deutsche Bank”-ın Berlinin Selendorf rayonundakı filialına daxil olub. Partladıcı qurğu olması ilə hədələyərək, bank işçilərində pul tələb edib. Cinayətkar bank işçisini girov götürüb. Girovun bank filialının rəhbəri olduğu ehtimal olunur. İyirmiyədək insan binadan qaça bilib. 

 

Polis və xüsusi təyinatlılar bank binasını 100 metr radiusda mühasirəyə  alıb, hadisə yerinə bir neçə “təcili yardım” maşını da cəlb olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 811

Oxşar yazılar