Fransada müsəlmanlara qarşı alçaldıcı hərəkət edilib. Lent.az-ın məlumatına görə, Pontarliyer qəsəbəsində naməlum şəxslər məscidin qarşısına donuz leşi qoyub.
Məscid nəzarətçisinin polisə müraciətindən sonra donuzun leşi götürülüb.
Fransada İslam birliyinin sədri Abdalah Zekri bu cür hərəkətlərinin müsəlmanlara qarşı tərbiyəsizlik və irqçi ayrı-seçkilik hesab edir: “İraq və Suriyada müharibənin getdiyi bir dövrdə Fransada bu cür əməllər müsəlmanlara qarşı təxribat hesab edirik”.
Qeyd edək, Fransa Avropada müsəlmanların ən çox yaşadığı ölkədir. Bu ölkədə 4 miyondan çox müsəlman yaşayır.