APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, M. Şumaxer xizək sürərkən yıxılıb və başından ciddi xəsarət alıb. 44 yaşlı M. Şumaxer hadisə yerindən 15 km uzaqlıqda yerləşən Mutye şəhər xəstəxanasına yerləşdirilib.
Komaya düşən M. Şumaxerin üzərində neyrocərrahiyyə əməliyyatı aparılıb. Həkimlər kəllə-beyin xəsarətləri almış M. Şumaxerin vəziyyətinin olduqca ağır olduğunu bildirirlər.
Prokurorluq bədbəxt hadisənin səbəblərini araşdırmaq niyyətindədir. İstintaq nümayəndəsi hadisəyə kənardan müdaxiləni istisna edərək, araşdırmaların azı bir neçə gün davam edəcəyini bildirib.