Yanvarın 27-də Fransanın prezidenti Fransua Olland Türkiyəyə səfər edib.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, «Frans press» bildirib ki, o, Ankarada ermənilərin uydurduğu 1915-ci ildəki «hadisə»dən də danışıb.
«Bu hadisəni yada salmaq həmişə ağrılı olsa da, vacibdir» -deyə, Olland vurğulayıb.
F.Olland əlavə edib ki, Fransa «ermənilərin soyqırımını» inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması haqda qanunu qəbul edəcək.
Fransa lideri Mustafa Kamal Paşanın məqbərəsini də ziyarət edərək, ora gül çələngi qoyub.
Xatırladaq ki, son 22 ildə Fransa prezidenti ilk dəfədir Türkiyəyə səfə edib.