Fevralda İƏT-in zirvə toplantısı keçiriləcək
26 dekabr 2012 05:23 (UTC +04:00)

Fevralda İƏT-in zirvə toplantısı keçiriləcək

 İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 57 üzv-dövləti gələn il fevralın 6-7-də Misir paytaxtı Qahirədə zirvə toplantısı keçirməyi planlaşdırıb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda Misir xarici işlər nazirinin müavini Əmr ramadan açıqlama verib.

 

Yüksək səviyyəli görüşə Misir prezidenti Məhəmməd Mursi sədrlik edəcək. Bu fəxri vəzifəni ona  təşkilata üç il sədrlik etmiş seneqallı həmkarı təhvil verəcək.

 

Zirvə toplantısının əsas mövzusu belədir - «İslam dünyası.Yeni çağırışlar və artan imkanlar». Toplantıda İsrailin Fələstin torpaqlarında yeni tikinti işlərini davam etdirməsi, Suriyada silahlı münaqişə, eləcə də «dindən sui-istifadə və ruhani fəaliyyət»ə dair məsələlər də müzakirə olunacaq.

 

Qeyd edək ki,İslam Əməkdaşlıq Təşkilatı 1969-cu ilin sentyabrında yaradılıb. Qurumun hədəfi  siyasi, iqtisadi və sosial sahələrdə islam həmrəyliyini təmin etməkdir. Rusiya təşkilatda müşahidəçi statusa malikdir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486

Oxşar yazılar

"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23
Çilidə güclü zəlzələ  baş verdi

Çilidə güclü zəlzələ baş verdi

18 iyul 2025 , 02:14
Şahin Şıxlinski axtarışa verildi

Şahin Şıxlinski axtarışa verildi

17 iyul 2025 , 21:09
Müəllim bu fotolarına görə işdən qovuldu

Müəllim bu fotolarına görə işdən qovuldu

17 iyul 2025 , 18:16
Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu:  bunu necə etdi?

Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu: bunu necə etdi?

17 iyul 2025 , 17:34
İsrail ordusunda  İNTİHARLAR:   2011-ci ildən bəri ən yüksək göstərici 

İsrail ordusunda İNTİHARLAR: 2011-ci ildən bəri ən yüksək göstərici 

17 iyul 2025 , 16:22
575 bal yığan abituriyenti evdən qovdular

575 bal yığan abituriyenti evdən qovdular

17 iyul 2025 , 15:09
NASA “super-Yer” planeti kəşf etdi

NASA “super-Yer” planeti kəşf etdi

17 iyul 2025 , 04:11