İraq hakimiyyəti ölkənin qərbində yerləşən strateji şəhərə, Fəllucaya nəzarəti itirib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, şəhərin cənub hissəsini «əl-Qaidə» ilə əlaqəsi olan «İraq islam dövləti və Levant» silahlı qruplaşması ələ keçirib.
Fəllucanın qalan hissəsinə isə tayfa liderləri, «əl-Qaidə»-nin dəstəklədiyi başqa yaraqlı qruplaşmalar nəzarət edir.