Fələstinlilər İsraillə danışıqların tərəfdarıdır
21 dekabr 2012 03:20 (UTC +04:00)

Fələstinlilər İsraillə danışıqların tərəfdarıdır

0

İsraildə Əlaqələr və Kütləvi İnformasiyalar Vasitələri mərkəzinin keçirdiyi sorğuya əsasən, fələstinlilərin 62 faizi İsraillə çoxillik münaqişəni yalnız danışıqlarla həll edilməsinə əminliklərini bildirib.

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, rəyi soruşulanların 75 faizi BMT-də Fələstin Muxtariyyətinin statusunun artırılmasını dəstəkləyib.

Respondentlərin 51 faiz i isə hesab edib ki, İsrailə qarşı silahlı mübarizəni gücləndirmək lazımdır.

Muxratiyyətə başçılıq məsələsi ilə bağlı suala cavab olaraq, rəyi soruşulanların 43 faizi Mahmud Abbası, 29 faizi «HƏMAS»-ın lideri İsmayıl Həniyəni dəstəkləyib.

Məlumata əsasən, sorğu 1200 fələstinli arasında keçirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 592

Oxşar yazılar